Binanın damında köməksiz qalan şəxs xilas olunub

21:13 07.01.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonunda yarımtikili binanın damından 1 nəfərin düşürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub.

Nazirlikdən hafta.az-a verilən məlumata görə, müraciətlə əlaqədar FHN-nin Xususi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində binanın damında köməksiz vəziyyətdə qalan şəxs aşağı düşürülərək xilas olunması təmin edilib.