Binəqədidə yaşayış binasında yanğın olub

13:33 15.08.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı şəhərinin Binəqədi rayonunda doqquzmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində ümumi sahəsi 75 m² olan 4 otaqlı mənzildə çarpayı və divan yanıb.

FHN-dən hafta.az-a verilən məlumata görə, mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.Yanğın zamanı 2 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Oxunma sayı 117