Bir gündə 116 mindən çox peyvənd vurulub

17:47 31.08.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda son sutkada 116 709 nəfərə koronavirus (COVID-19) əleyhinə peyvənd vurulub.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan hafta.az-a verilən məlumata görə, birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 69 972 nəfər, ikinci mərhələdə vaksinasiyadan keçənlərin sayı 46 737 nəfərdir.

 

Ölkədə 18 yanvar 2021-ci ildən indiyədək ümumilikdə 6 805 740 COVID-19 əleyhinə vaksin vurulub. Onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 113 716 nəfər, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 692 024 nəfərdir.