Biz müharibəni bu il diplomatik yolla sonlandırmaq istəyirik - Ukrayna XİN

14:11 25.05.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Biz müharibəni bu il diplomatik yolla sonlandırmaq istəyirik.

Hafta.az xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Andrey Sibiqa deyib.

O bildirib ki, Ukrayna sülh səylərinə sadiqdir.

“Azərbaycan kimi ölkələrin dəstəyi bizə çox vacibdir. Biz ABŞ-nin atəşkəs təklifini qəbul etdik. İstanbul görüşündə çoxlu sayda məhbusun dəyişdirilməsi ilə bağlı verilən qərarın qəbul edilməsi bizim niyyətimizin əyani sübutudur”, - deyə nazir qeyd edib.