BMqT baş direktorunun müavini Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinin sakinləri ilə görüşüb - FOTO

19:45 17.03.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) baş direktorunun əməliyyatlar üzrə müavini xanım Uqoçi Daniels "Azərbaycan Uşaqları" İctimai Birliyinin qonağı olub.

Hafta.az xəbər verir ki, İctimai Birliyin nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinin fəaliyyəti ilə tanış olan BMqT baş direktorunun müavini uşaq sığınacağının sakinləri ilə görüşüb.

Uşaqların təhsili barədə fikir mübadiləsi aparan xanım Uqoçi Daniels sığınacaqdakı uşaqlara kitablar hədiyyə edib və onlara təhsillərində uğurlar arzulayıb.