BMT baş katibi ABŞ-ın ÜST-ü tənqid etməsini əsassız sayır

16:23 27.06.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ-ın Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) tənqid etməsi əsassızdır. Bu barədə BMT-nin baş katibi Antoniu Quterreş bildirib.

A.Quterreş deyib: "ÜST rəhbərliyinin nümayəndələrini tanıyıram, onlar heç bir ölkənin nəzarəti altında deyil. Onlar həmişə vicdanla hərəkət edirlər".

Baş katib əlavə edib ki, pandemiya bitdikdən sonra ölkələrin virusa qarşı necə reaksiyası ilə bağlı araşdırma aparmaq lazım olacaq.

Xatırladaq ki, mayın 29-u Vaşinqton ÜST ilə əməkdaşlığını dayandırmaq niyyətində olduğunu bildirib.