BNA “Əsgərə məktub” layihəsinə qoşulub

16:52 23.10.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı Nəqliyyat Agentliyi “ASAN Könüllüləri” təşkilatının “Əsgərə məktub” layihəsinə qoşulub.

Bakı Nəqliyyat Agentliyindən hafta.az-a verilən məlumata görə, Agentliyin bir qrup əməkdaşı və “Nəqliyyat Könüllüləri” ərazi bütövlüyümüz uğrunda döyüşən qəhrəman əsgərlərmizə məktub ünvanlayıb.

Məktublarda Bakı Nəqliyyat Agentliyi kollektivinin şanlı Ordumuza mənəvi dəstəyi və daim onların yanında olması qeyd edilib. Düşmənə qarşı rəşadətlə döyüşən hərbçilərimizə minnətdarlıq ifadə olunub. İşğaldan azad edilən şəhər və rayonlarımızda, kənd və qəsəbələrimizdə dövlət bayrağının qaldırılmasının fəxrlə qarşılandığı diqqətə çatdırılıb.    

Oxunma sayı 699