Venesuelada zəlzələdən ölənlərin sayı 3900 nəfərə yaxınlaşır

09:23 10.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Venesuelada baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 3889 nəfərə çatıb.

Hafta.az xəbər verir ki, bu barədə ölkənin Milli Assambleyasının sədri Xorxe Rodrigez məlumat yayıb. Onun sözlərinə görə, təbii fəlakət nəticəsində 16 min 740 nəfər xəsarət alıb, 17 min 907 nəfər evsiz qalıb. 190 bina tamamilə dağılıb, 856 binaya ciddi ziyan dəyib.

Məlumata əsasən, axtarış-xilasetmə əməliyyatları zamanı 6462 nəfər xilas edilib, 86 min 794 ailəyə yardım göstərilib.

Qeyd edək ki, iyunun 24-də Venesuelada 7,2 və 7,5 bal gücündə iki güclü zəlzələ baş verib.