Boksçumuz dünya çempionu oldu

23:55 05.11.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Serbiyanın paytaxtı Belqradda keçirilən mundialda Azərbaycan boksçusu Alfonso Dominqes dünya çempionu tituluna yiyələnib.

Hafta.az xəbər verir ki, 86 kq çəki dərəcəsində mübarizə aparan Avropa Oyunlarının qalibi finalda braziliyalı Keno Maçadonu məğlub edib. Rəqibi üzərində 3:2 hesabı ilə qələbə qazanan Asif Axundov klubunun üzvü fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, 100 min dollar mükafata və çempionluq kəmərinə də sahib olub.

Beləliklə, Azərbaycan milli komandası dünya çempionatını 1 qızıl və 2 bürünc medalla başa vurub. Dominqesin qızıl mükafat qazandığı mundialda Sərxan Əliyev (71 kq) və Məhəmməd Abdullayev (+92 kq) 3-cü yeri tutub.

Qeyd edək ki, 88 ölkədən 510 boksçunun mübarizə apardığı dünya çempionatına sabah yekun vurulacaq.