Braziliyanın keçmiş prezidenti Jair Bolsonaro ölkə paytaxtında əsas hökumət binalarına basqın edən tərəfdarlarının hərəkətlərini pisləyib. Hafta.az xəbər verir ki, Bolsonaro bu barədə sosial şəbəkədə yazıb.
"Qanunlara tabe olan dinc nümayişlər demokratiyanın bir hissəsidir" deyib. “Lakin bu gün baş verən, eləcə də 2013 və 2017-ci illərdə solçuların tətbiq etdiyi ictimai binaların talanması və işğalı qaydalardan kənardır”.
Bolsonaronun tərəfdarları parlament binasına və Braziliya Ali Məhkəməsinə basqın edəndə keçmiş prezidentin özü ABŞ-da Floridada idi. Bolsonaro dekabrın sonundan bəri Orlandoda yaşayır, çünki Braziliyada prezident kimi fəaliyyəti ilə bağlı bir sıra araşdırmalarla üzləşir.
Bundan əvvəl xəbər verilmişdi ki, Braziliyanın keçmiş prezidenti Jair Bolsonaronun minlərlə tərəfdarı bazar günü parlamentə, Ali Məhkəməyə və dövlət başçısının iqamətgahına soxulub. İğtişaşlar zamanı prezidentin özü paytaxtda olmayıb. İğtişaşlarda iştirak etdiyinə görə azı 400 nəfər həbs edilib.