Böyük Britaniya səfiri Laçına gedib

18:12 31.08.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Fergus Auld Laçına səfər edib.

Hafta.az xəbər verir ki, bu barədə səfir "X" hesabında paylaşım edib.

"Gəlib Laçını da gördum. Yerli sahibkar bazarında Laçının dadlı nemətləri ilə tanış oldum. Qonaqpərvərliyiniz üçün minnətdaram", - paylaşımda deyilir.