“Britaniya ştammı sürətlə yayılır, bəzi ölkələr qapanmalara gedir” - Yaqut Qarayeva

16:38 19.03.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Biz həkimlər olaraq, tibbi cəhətdən dalğa sözünü işlətməkdən çəkinirik. Amma statiatika yumşalmalara getdikcə yoluxmanın dalğavari artdığını göstərir".

 

Hafta.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"nin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva iştirak edir.

 

Y.Qarayevanın sözlərinə görə, ən çox yoluxma yenə də Bakıdadır:

 

"Bakıda isə Binəqədi, Xətai, Yasamal yoluxma sayına görə öndədir".

 

TƏBİB rəsmisi əlavə edib ki, virusun mutasiyaya uğraması təbii prosesdir:

 

"COVID-19 virusu da mutasiyaya uğradıqca "Britaniya" ştammı yaranıb. Onun əsas özəlliyi sürətlə yayılmasıdır".