Yazını böyüt
Yazını kiçilt
Avro-2024-ün seçmə mərhələsində bu gün keçirilən Belçika - Azərbaycan matçının təşkilatçıları ciddi səhvə yol veriblər.
Hafta.az xəbər verir ki, oyundan əvvəl Azərbaycanın yox, başqa ölkənin himni səsləndirilib. Bu isə millimizin futbolçularının, məşqçi heyətinin çaşqınlığına səbəb olub. Belçikanın himni səsləndirildikdən sonra səhv aradan qaldırılıb və Azərbaycanın dövlət himni səsləndirilib. Buna görə oyun bir neçə dəqiqə yubanıb.
Stadionun diktoru səhvə görə üzr istəyib.