BTC kəməri ilə 21 milyon tondan çox neft daşınıb

13:08 18.10.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yanvar-sentyabr aylarında Azərbaycandakı magistral neft kəmərləri ilə 27 milyon 505,2 min ton və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,1 faiz çox neft nəql olunub.

Dövlət Statistika Komitəsindən hafta.az-a bildirilib ki, nəqletmənin 78,9 faizi Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) ilə həyata keçirilib və cari ilin doqquz ayı ərzində bu kəmərlə 21 milyon 688,4 min ton neft nəql edilib.

Dövr ərzində BTC ilə 3 milyon 580,3 min ton tranzit nefti də ötürülüb.