Yazını böyüt
Yazını kiçilt
“Əmək pensiyası və ona əlavələrin artıq ödənilməsi pensiyaçının səhvi ucbatından baş vermədikdə, həmin məbləğin geri tutulması üçün qanunvericiliklə müəyyən edilmiş müddətin minimuma endirilməsi təklif olunur”.
Hafta.az xəbər verir ki, bu məsələ ilə bağlı Ombudsman Səbinə Əliyeva bu gün Milli Məclisdəki məruzəsində vurğulayıb.
“Artıq ödənişlər bir çox hallarda aidiyyəti qurumların funksional nöqsanları ilə bağlı olur və sonradan edilən tutulmalar pensiyaçıların sosial vəziyyətini ağırlaşdırır”, deyə bildirib.