Bu il neçə nəfərə əlillik təyin edildiyi açıqlanıb

11:29 16.09.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Əillik təyinatı prosesi vətəndaş-ekspert təması olmadan, elektron infrastruktur üzərindən həyata keçirilir".

Hafta.az-ın məlumatına görə, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiy  Agentliyinin İdarə heyətinin sədri Anar Bayramov deyib.

O bildirib ki, bu ilin 8 ayında 35 minə yaxın əlilliyi olan şəxsə əlillik təyin edilib: "Bu qiymətləndirmə 98-99 faiz halda elektron aparılır, vətəndaş narazı olduqda əyani komissiyadan keçmək hüququ var. 11 min nəfərə ilkin, qalanlarına təkrar əlillik təyinatı aparılıb. Həmçinin 8 ayda Agentlik tərəfindən əlilliyi olan 7000 şəxs 30 minədək reabilitasiya vasitəsi, o cümlədən 766 nəfər mühərrikli təkərli oturacaqla təmin edilib".

Oxunma sayı 18