2025-ci ilin yanvar-oktyabr aylarında dəmir yolu nəqliyyatı ilə 14 milyon ton yük və 8 milyon 265.6 min sərnişin daşınıb.
Hafta.az xəbər verir ki, 2024-cü ilin eyni dövrü ilə müqayisədə yük daşımalarında 9.7% azalma, sərnişin daşımalarında isə 19.1% artım qeydə alınıb.
Bu ilin 10 ayında dəmir yolu ilə daşınmış yüklərin həcmi 13 milyon 958.4 min ton, 2024-cü ilin müvafiq dövründə isə bu göstərici 15 milyon 462.3 min ton olub.
"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin bu ilin yanvar-sentyabr aylarında yük və sərnişin daşınmasından əldə etdiyi gəlir 296 milyon 391 min manat təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə gəlirlər 27 milyon manat və ya 8.3% azalıb.
Yükdaşımalar üzrə gəlirlər 284 milyon 320 min manat olub ki, bu da əvvəlki ilin göstəricisi ilə müqayisədə 9.8% azdır. Bunun 246 milyon 147 min manatı beynəlxalq, 38 milyon 173 min manatı isə daxili daşımaların payına düşüb. Sərnişindaşımadan əldə olunan gəlir 12 milyon 71 min manat təşkil edib (48.4% çox) və bu məbləğ tam olaraq daxili daşımalar hesabına formalaşıb.