Bu ilin yanvar-iyun aylarında sığortaedənlərin sayı 2,3 faiz artıb 

15:59 17.07.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu ilin yanvar-iyun aylarında fərdi uçot sistemində qeydə alınan sığortaedənlərin sayı 46 min 985 vahid və ya 2,33 faiz artaraq 2,056 milyon vahid təşkil edib.

Bu barədə hafta.az-a Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən məlumat verilib.

Qeydə alınan sığortaedənlərin sayı hüquqi şəxslər üzrə 7 min 376, fiziki şəxslər üzrə 32 min 858, torpaq mülkiyyətçiləri üzrə isə 6 min 751 vahid artıb.