Bu istiqamətdə qatar reyslərinin sayı ARTIRILIR

16:05 21.10.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

8 noyabr – Zəfər Günündən etibarən Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə reyslər təyin edilir.

Bu barədə hafta.az-a “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib. 

Bildirilib ki, sərnişin tələbatını təmin etmək məqsədilə Bakıdan və Qəbələdən 8, 9, 10 və 11 noyabr tarixlərində hər iki istiqamətə reyslər təşkil ediləcək.

8 noyabrdan başlayaraq həftəsonları bu maşrutla ənənəvi qrafik üzrə səfərlər ikimərtəbəli müasir qatarlarla həyata keçiriləcək.