Bu küçələrdə sürət həddi endirildi

10:21 17.12.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakının bəzi küçə və prospektlərində sürət həddi endirilib.

Bu barədə hafta.az-a Bakı Nəqliyyat Agentliyindən bildiriblər. Qeyd olunub ki, hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar H.Əliyev prospekti-Hava limanı-Mərdəkan və Zığ-Beton yolu-Hava limanı yollarında sürət həddi bütün zolaqlar üzrə müvafiq olaraq endirilib:

"Sürücülərdən yollarda sürət həddinə əməl etmələrini, meteoroloji amilləri nəzərə almalarını və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmalarını xahiş edirik.

 AzerbaijanEyni zamanda, piyadalara yolun hərəkət hissəsinə çıxmamaq və yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələri tövsiyə edilir".