Qadınların cəzaçəkmə müəssisəsində oldum və orada dövlətdən əfv istəyən xeyli sayda qadınlarla görüşərək onların istəkləri ilə maraqlandım.
Bunu Milli Məclisin bugünkü iclasında deputat Qənirə Paşayeva bildirib.
Q.Paşayeva eyni zamanda Milli Məclisin Əfv Komissiyasina müraciət edərək, burada təmsil olunan deputat həmkarlarının da dəstək verməsini xahiş edib.
“Cəzaçəkmə müəssislərində elə qadınlar var ki, onlar qəsdən cinayət törətməyib, cəmiyyət üçün təhlükəli deyil və nizam-intizamlı davranışı ilə artıq törətdiyi əməllərindən peşmançılıq çəkir. Orada elə qadınlar var ki, övladları yanında, elələri var ki, illərdir övladını görə bilmir. Bu qadınlar dövlətdən bağışlanmasını istəyirlər. Ümummilli liderimiz, ulu öndər həmişə humanist olub. Bu cür qadınlara dövlətimiz həmişə dəstək olub. Təklif edərdim ki, ulu öndərimizin 100 iliyində bu qadınların əfv olması həyata keçirilsin”.