Bu rayonda qaz olmayacaq

11:24 28.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Oktyabrın 28-də səhər saat 10:00-dan təmir işləri başa çatanadək Samux rayonunun 2 yaşayış məntəqəsində qaz təchizatında fasilələr olacaq.

"Azəriqaz" İstehsalat Birliyindən hafta.az-a verilən məlumata görə, bu zaman Samux rayonu ərazisində yerləşən “Alabaşlı” ölçü qovşağının çıxışında quraşdırılmış kollektorda aşkar olunmuş qaz sızmalarının ləğvi işləri aparılacaq.