“Dünya ictimaiyyəti yapon militarizminə qarşı sayıqlığı qorumalıdır” – Lin Jian

12:22 12.06.2026 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Beynəlxalq ictimaiyyət yapon militarizminin bir daha geri qayıtmaması və sülhü təhdid etməməsi üçün yüksək sayıqlığı qorumalıdır”.

Hafta.az yazır ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian bildirib.

“Militarizmə qarşı çıxmaq beynəlxalq ictimaiyyətin sarsılmaz ortaq iradəsidir” deyən Lin Jian qeyd edib ki, sülhü qiymətləndirən və müharibədən sonrakı beynəlxalq nizamı qətiyyətlə müdafiə edən bütün ölkələr ədalət uğrunda mübarizə aparmalıdır.

Diplomat qeyd edib ki, Yaponiya sözdə "sülh" və "müdafiə"yə sadiq olduğunu bəyan edir, lakin əslində sürətlə yenidən militarizasiyaya doğru irəliləyir. Sözçü əlavə edib ki, Yaponiya hərbi xərcləri artırır, ölümcül silahların ixracına qoyulan məhdudiyyətləri yumşaldır, orta və uzun mənzilli raketlərin yerləşdirilməsi siyasəti yürüdür, hərbi hücum imkanlarını inkişaf etdirir, həssas nüvə materiallarını ehtiyatda saxlayır, sülh konstitusiyasının yenidən nəzərdən keçirilməsini sürətləndirir və hətta ölkəni "döyüşə hazır" olmağa çağırır. O, əlavə edib ki, Yaponiya əslində artıq sözdə "sülhsevər dövlət" maskasını çıxarıb.

Siyasət rubrikasından digər xəbərlər