Bu yolda rənglənmə işləri aparılacaq

13:05 29.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə, 29-30 noyabr tarixlərində saat 10:00-dan başlayaraq saat 17:00-dək Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 10-20-ci km hissəsində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

Bu barədə hafta.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

Bu üzdən sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.