Bu yollarda hərəkət qismən məhdudlaşdırılır

17:14 10.07.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Aparılan təmir işləri ilə əlaqədar olaraq 11-12 iyul tarixlərində Ziya Bünyadov prospektinin “20 yanvar” istiqamətindən “3-cü mikrorayon” dairəsi üzərində yerləşən yol ötürücüsünə giriş həmçinin Əbdulvahab Salamzadə küçəsindən “Xutor” dairəsi adlanan ərazidə yerləşən tunelə giriş müvəqqəti olaraq məhdudlaşdırılacaq.

Avtomobil Yolları Dövlət Agentliyindən hafta.az-a verilən məlumata görə, alternativ olaraq sürücülər Ziya Bünyadov prospektinin o cümlədən Əbdulvahab Salamzadə küçəsinin köməkçi yollarından, həmçinin Asif Məhərrəmov, Ceyhun Səlimov küçələrindən istifadə edə bilərlər.

Qurum yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyir.

Oxunma sayı 2547
Sosial rubrikasından digər xəbərlər