Bugünkü valyuta hərracında 63 mln. dollar cəlb edilib

13:10 13.10.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

Hafta.az-ın AMB-yə istinadən verdiyi xəbərə görə, hərracda tələb 62,9 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib. Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (08 oktyabr 2020-ci il tarixində keçirilib – red.) müqayisədə 8,4% və ya 4,9 mln. dollar artıb.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.