Bütün məktəblərdə “Məktəblinin dostu” layihəsinin olmasını istəyirik- Nazir

15:55 18.04.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

 

Bütün məktəblərdə “Məktəblinin dostu” layihəsinin olmasının tərəfdarıyıq.

Hafta.az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev “Məktəblinin dostu” layihəsinin fəaliyyətinə dair tədbirdə çıxışı zamanı deyib.

Nazir bildirib ki, məktəblərdə hər an hansısa problem yarana bilər.

 

“Sual verilə bilər ki, bu kimi problemlərlə məktəb heyəti də məşğul ola bilər. Niyə məktəblinin dostu gərəkli olsun? Bəzi məsələlər Nazirliyə gəlib çıxmadan məktəb daxilində həll edilə bilər. Baş verən hadisələrin ört-basdır edilməsinin yox, müzakirəsinin və həll yolunun tapılmasının tərəfdarıyıq. İstəyirik ki, problem zamanı bir tərəfli müəllim və ya şagird günahlandırılmasın.

Bir çox hallarda ailədaxili münaqişə məktəbə əks olunur. Valideynlər mütləq qaydada anlamalıdır ki, onlar övladlarının gələcəyi barədə məsuliyyət daşıyan tərəflərdir”,- deyə nazir əlavə edib.trend

Oxunma sayı 22