Cabir İmanovun vəfatı xəbəri məni sarsıtdı - Mehriban Əliyeva

17:20 29.09.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Əməkdar artist Cabir İmanovun vəfatı ilə bağlı rəsmi "Instagram" hesabında paylaşım edib.

Hafta.az xəbər verir ki, paylaşımda deyilir:

"Nurlu, səmimi və qeyri-adi istedada malik insan – Cabir İmanovun vəfatı xəbəri məni sarsıtdı. Bütün ailəmiz kədərlənir, onun yaxınlarına və doğmalarına başsağlığı veririk.

Allah rəhmət eləsin!"