Çavuşoğlu ilə Pompeo arasında telefon danışığı olub

23:30 16.08.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə ABŞ-ın dövlət katibi Mayk Pompeo arasında telefon danışığı olub.

Hafta.az xəbər verir ki, Türkiyənin xarici siyasət idarəsinin rəhbəri Anadolu agentliyinə canlı bağlantı vasitəsilə telefon danışığının məzmunu barədə aşıqlama verib.

Son günlər Aralıq dənizində baş verən hadisələrlə bağlı bir sıra ölkələrinin xarici işlə nazirləri ilə mühüm müzakirələr apardığını diqqətə çatdıran nazir Mövlud Çavuşoğlu bildirib ki, ABŞ-lı həmkarı ilə danışığında Türkiyənin haqlı olduğunu və fəaliyyətinin hüquqi əsaslara söykəndiyini ifadə edib. Telefon danışığında Liviya böhranı dəyərləndirilib, Türkiyə və ABŞ ekspertləri səviyyəsində müşavirələrin davam etdirilməsi barədə razılıq əldə olunub.

Nazir eyni zamanda, açıqlamasında ABŞ prezidentliyinə namizəd Joe Bidenin Türkiyə barədə sözlərinə kəskin ifadələrlə qarşılıq verib.