Cəbhənin Ağdərə istiqamətində düşmənin UAZ-ı sıradan çıxarılıb - Müdafiə Nazirliyi

14:06 04.11.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Cəbhənin Ağdərə istiqamətində döyüşlərdə iştirak edən Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının bölmələrinə vurulan atəş zərbəsi ilə xeyli sayda şəxsi heyət məhv edilib və döyüş texnikası sıradan çıxarılıb.

Müdafiə Nazirliyindən hafta.az-a verilən məlumata görə, UAZ markalı hərbi avtomobilin sıradan çıxarılması nəticəsində məhv edilən şəxsi heyətlə arasında hərbi hissənin zabiti kapitan Ando Qrikoryan da olub.