Cəbi Quliyev: ”Küçə və yollar salınarkən sağlamlığı məhdud insanlar nəzərə alınsın”

12:44 23.04.2024 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Yeni şəhərsalmada yollar və küçələr sağlamlığı məhdud insanların sərbəst hərəkət etməsinə uyğun olmalıdır”.
Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Cəbi Quliyev bildirib.

Azərbaycanda 65 minə qədər sağlamlığı məhdud uşaq və gəncin olduğunu deyən C.Quliyev, İnklüziv təhsilə diqqət çəkib. O, həmin katiqoriyadan olan uşaqların və gənclərin bilik və bacarlıqarının inkişaf etdirilməsinə yönəlik müsbət addımların atıldığını deyib.

Deputat eyni zamanda bu gün küçələrdə sağlamlığı məhdud uşaq və gənclərin sərbəst hərəkətinə rast gəlinmədiyini xüsusi vurğu ilə qeyd edərək, onların hərəkətini məhdudlaşdıran problemlərə toxunub.

“Siz bu gün şəhər küçlərində sərbəst şəkildə hərəkət edən bir uşaq, yaxud gəncin əlil arabasında hərəkətini görmüsüzmü? Sağlamlığı məhdud olan uşaq və gəndlər küçələrdə ya qorxu hissi ilə hərəkət edir, ya da ümumiyyətlə, evlərindən kənara çıxa bilmirlər. Ona görə də, onların sərbəst hərəkətini təmin edə biləcək addımlar atılmalıdır”.