Cəbrayılın bu kəndində insan sümükləri tapıldı

11:04 06.11.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Noyabrın 4-də Cəbrayıl rayonunun Çullu kəndində insan sümüklər tapılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, kənd ərazisində yer səthinin 3-5 santimetrliyində 2 ədəd kəllə və 2 ədəd alt çənə sümüyü olmaqla insana məxsus olan ümumilikdə 21 ədəd sümük və 1 ədəd əl qumbarası aşkar edilib.

Yaxınlıqda insan skeletinin digər hissələrinə rast gəlinməyib.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırmalara başlanılıb.