Cəlilabadda itkin düşmüş qız ailə qurmaq məqsədilə Tovuza gedibmiş

10:04 25.05.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Cəlilabadda itkin düşən qız Tovuz rayonunda tapılıb.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə Cəlilabad rayonunun Alar kənd sakini, 2006-cı il təvəllüdlü Nahidə Xəyal Qızı Zeynalovanın mayın 17-də yaşadığı evdən çıxaraq naməlum istiqamətə getməsi ilə bağlı polisə müraciət daxil olub.

Cəlilabad RPŞ-nin əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində onun Tovuz rayonunda olduğu müəyyən edilib. O, ailə qurmaq məqsədilə könüllü şəkildə getdiyini bildirib.