Ceyhun Bayramov ABŞ-da Pakistan və Sloveniyanın xarici işlər nazirləri ilə görüşüb - FOTO

10:39 24.09.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Pakistanın xarici işlər naziri Bilaval Bhutto Zərdari ilə görüşüb.

Hafta.az xəbər verir ki, bu barədə nazir Ceyhun Bayramov rəsmi twiter hesabında yazıb.

“BMT Baş Assambleyası çərçivəsində qardaş Pakistanın xarici işlər naziri Bilaval Bhutto Zərdari ilə görüşməkdən çox şadam. Əminəm ki, ölkələrimiz arasında strateji əlaqələr və əməkdaşlıq bundan sonra da möhkəmlənəcək və dərinləşəcəkdir. Sarsılmaz və güclü dəstəyə görə təşəkkür edirik!”, - C.Bayramov qeyd edib.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov həmçinin, Sloveniyanın xarici işlər naziri Tanja Fajon ilə də görüşüb.

"Sloveniyanın xarici işlər naziri Tanja Fajon ilə ikitərəfli və çoxtərəfli məsələləri müzakirə etdik. Sloveniyalı həmkarıma Ermənistanın regionda sülh və normallaşma səylərinə xələl gətirən son genişmiqyaslı təxribatları barədə məlumat verdim", - deyə nazir qeyd edib.

Oxunma sayı 1666