Ceyhun Bayramov gürcüstanlı həmkarı ilə telefonla danışıb

21:09 04.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

4 aprel 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Gürcüstanın yeni xarici işlər naziri İliya Darçiaşvili arasında telefon danışığı baş tutub.

XİN-dən hafta.az-a verilən məlumata görə, Ceyhun Bayramov Gürcüstanın yeni Xarici İşlər nazirini təbrik edib və və ona yeni vəzifəsində uğurlar arzulayıb.

Tərəflər iki ölkə arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərin inkişafına dair fikir mübadiləsi aparıb və gələcəkdə bu əlaqələrin daha da inkişafına dair əminlik ifafə ediblər.