Ceyhun Bayramov Keniyaya rəsmi səfərə gedib

23:09 02.06.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xarici işlər naziri Ceyhun Bayramov Keniya Respublikasına rəsmi səfərə yola düşüb.

Bu barədə hafta.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, rəsmi səfər çərçivəsində nazir Ceyhun Bayramovun Azərbaycan Respublikasının Keniya Respublikasındakı Səfirliyinin rəsmi açılış mərasimində iştirakı, habelə Keniya Respublikasının yüksək vəzifəli rəsmiləri ilə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.