Çin Pompeonu “siyasi virus” yaymaqda ittiham edib

15:06 13.08.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ dövlət katibi Maykl Pompeo Çini daima tənqid və ittiham edir, hara getsə, dezinformasiya və “siyasi virus” yayır.

Bu sözləri Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Çjao Liszyan jurnalistlər üçün təşkil olunan brifinqdə deyib.

“Mayk Pompeo soyuq müharibə ideyaları və şəxsi maraqları üzrə hərəkət edərək hər dəfə Çin Kommunist Partiyasını və ÇXR-in daxili və xarici siyasətini əsasız yerə tənqid edir. Pekin artıq dəfələrlə bu məsələ barədə qətiyyətli mövqeyini ortaya qoyub”, - deyə Çjao Liszyan bildirib.

Qeyd edək ki, bir qədər əvvəl ABŞ-ın dövlət katibi Maykl Pompeo Çexiyaya səfəri zamanı Çinin hər yerdə biznesi nəzarət altına almağa çalışmaqda ittiham edib. Həmçinin o, Pekinin demokratiya üçün böyük təhdid olduğunu deyib.

Oxunma sayı 3591