Çin Xalq Respublikası hökumətinin xüsusi nümayəndəsi Li Hui bildirib ki, Pekin Avropa ölkələrinin Ukrayna ilə bağlı böhranın əsas səbəblərindən irəli gələn bu cür təşəbbüslərini dəstəkləyəcək. Bu barədə o, Berlində Almaniya Xarici İşlər Nazirliyinin dövlət katibi Andreas Mixaelis ilə görüşündə bildirib.
“ÇXR böhranın əsas səbəblərindən başlayaraq, həm əsas, həm də ikincil olanı nizama salacaq yol tapmaqda və Avropa qitəsində uzunmüddətli sabitlik üçün səylərdə Avropanı dəstəkləyir” deyib.
Li Hui vurğulayıb ki, Pekinin Ukraynadakı vəziyyətlə bağlı mövqeyi ardıcıl və aydındır, bu, sülh danışıqlarını və siyasi nizamlanmanı təşviq etməkdir.
"Böhranı aradan qaldırmaq üçün bütün tərəflər özlərindən başlamalı və qarşılıqlı etimad yaratmaqla sülh danışıqlarının bərpası üçün əlverişli şərait yaratmalıdırlar"deyib.