Çin ÜST-ə əlavə 30 milyon dollar ayıracaq

14:50 23.04.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Çin hökuməti koronavirus pandemiyası ilə mübarizədə Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) daha 30 milyon dollar vəsait ayıracaq.

Hafta.az-ın məlumatına görə, bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Gen Şuan deyib.

Qeyd edək ki, martın əvvəlində Çin ÜST-ə 20 milyon dollar yardım ayırmışdı.

Bir müddət əvvəl ABŞ ÜST-ün maliyyələşdirilməsini dayandırdığını açıqlamışdı.