Çindən Cənubi Koreyaya viza qadağası

13:10 10.01.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Çin Cənubi Koreyadan ölkəyə gələn sərnişinlər üçün qısamüddətli vizaları dayandırıb.
Cənubi Koreya, artan Covid-19 hadisələri səbəbiylə Çindən gələn səyahətçilərdən Covid-19 testi tələb etdikdən sonra Çindən cavab gəlib.

Çinin Cənubi Koreyadakı səfirliyindən edilən açıqlamada Cənubi Koreyadan Çinə gedən sərnişinlərin qısa müddətli vizalarının dayandırıldığı açıqlanıb. Səfirlik bildirib ki, bu qərar Çinin Cənubi Koreyadan gələn səyahətçilərə tətbiq etdiyi "ayrı-seçkilik məhdudiyyətləri" səbəbindən qəbul edilib.

Çin Xarici İşlər Naziri Qin Gang bu yaxınlarda Cənubi Koreyalı həmkarı Park Jin ilə telefon danışığı keçirib və Çinə qarşı qəbul edilən məhdudiyyət qərarları ilə bağlı narahatlıqlarını ifadə edib.