Çinin üçüncü ən sıx əhalisi olan əyaləti Henanda yaşayan insanların təxminən 90 faizinin koronavirusa yoluxduğu məlum olub.
Hafta.az-ın yazdığına görə, bu barədə məlumat verən yerli səhiyyə rəsmisi Kan Quançeng mətbuat konfransında 88 milyon 500 min insanın Covid olduğunu söyləyib.
Çin dekabrda "Sıfır Covid" siyasətini dayandırdıqdan sonra ölkədə yoluxma nisbətlərində görünməmiş artım müşahidə edilib. "Sıfır Covid" siyasəti ölkədə karantinlər və kütləvi Covid testlərinə qarşı nümayişlərdən sonra uzadılıb.
Kan Quançeng təfsilata varmasa da, Henandakı yoluxma hallarının əksəriyyətinin son bir neçə həftəyə aid olduğu ehtimal edilir. Çünki "Sıfır Covid" siyasəti belə halların sayını minimuma endirirdi. Kan qeyd edib ki, Henan bölgəsindəki klinikalara müraciətlər dekabrın 19-da pik həddə çatıb və o vaxtdan bəri azalmağa meyllənib.
Rəsmi məlumatlara görə, 1,4 milyard nəfər əhalisi olan Çində Covid-19 pandemiyası nəticəsində cəmi 30 nəfər ölüb. Bu arada, bazar günü ölkədə 3 nəfərin Covid-dən öldüyü açıqlanıb. Bununla belə, rəsmi məlumatlar epidemiyanın miqyasını tam əks etdirmir, çünki "Covid ölümü" tərifi daraldılıb və test vermək artıq məcburi deyil. Amma yerli və regional səlahiyyətlilər mərkəzi hökumətdən çox fərqli olan məlumatları açıqlayıblar.
Onu da qeyd edək ki, bazar günü Çin əcnəbilər üçün karantin tələbini qaldırıb və Honq Konqla sərhədini açıb.