Cocuq Mərcanlıda Novruz bayramı münasibətilə konsert olub - FOTO

16:13 20.03.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin klub-icma mərkəzində Novruz bayramı münasibətilə şənlik və bayram konserti təşkil olunub.

Hafta.az xəbər verir ki, tədbirdə tanınmış mədəniyyət və incəsənət xadimlərinin ifasında musiqi əsərləri səsləndirilib.

Novruzun əsas atributları olan Keçəlin duzlu-məzəli zarafatları, Bahar qızın iştirakı şənliyə rəng qatıb. Bayram şənliyi sakinlər tərəfindən böyük maraq və coşqu ilə qarşılanıb

Uşaqların üz boyanması ilə başa çatan tədbir onların bayram əhvali-ruhiyyəsini daha da artırıb, bu günü onlar üçün unudulmaz edib.