COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

17:35 27.08.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 74 220 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan hafta.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 44 691, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 29 529 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 6 493 757, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3 929 404, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 564 353 təşkil edir.