COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

17:13 10.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 8 312 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan hafta.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 566, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 664, üç və daha çox doza vaksin vurduranların sayı 6 559, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 523 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 549 307, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 330 997, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 832 867, üç və daha çox doza vaksin vurduranların sayı 3 151 707, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 233 736 təşkil edir.