Cüdoçumuz Avropa turnirinin yarımfinalına vəsiqə qazanıb 

16:52 12.02.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bosniya və Herseqovinanın Sarayevo şəhərində cüdo üzrə açıq Avropa turniri keçirilir.

Hafta.az xəbər verir ki, turnirdə Azərbaycanı təmsil edən cüdoçularımızdan Samir Piriyev Türkiyə təmsilçisi Əli Bozqurdu, portuqaliyalı

Lopes Costanı, dörddəbir finalda isə niderlandlı Tibo Vollemanı məğlub edərək yarımfinal mərhələsinə yüksəlib. Onun növbəti mərhələdə rəqibi sloveniyalı David Starkeldir.

Qeyd edək ki, bu gün – yarışın birinci günündə 11 idmançımız mübarizə aparır.

Fevralın 13-dək davam edəcək yarışda 26 ölkədən 321 idmançı iştirak edir.