Daha 3 tibb müəssisəsinə publik hüquqi şəxs statusu verildi

23:37 05.02.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan Muxtar Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Hafta.az-ın  məlumatına görə, sərəncama əsasən Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzi, Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanseri və Naxçıvan Şəhər Təcili Tibb Mərkəzinə publik hüquqi şəxs statusu verilib.