Daha 80-ə yaxın jurnalist vaksinasiya olundu

18:00 26.04.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün 80-ə yaxın jurnalist vaksinasiya olunub.

Bunu hafta.az-a Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

Ə.Amaşov bildirib ki, ümumilikdə 300-ə yaxın jurnalist vaksinasiya edilib:

“Vaksinasiya prosesi həftə boyunca davam edəcək. Vaksinasiya üçün müraciət edən jurnalistlərin sayı artmaqdadır. Artıq 600-ə qədər jurnalist vaksinasiya olunmaq üçün müraciət edib. Vaksinasiya olunmaq istəyən bütün jurnalistlər vaksin olunana qədər bu prosesi davam etdirəcəyik”.

Oxunma sayı 179
Media rubrikasından digər xəbərlər