Daha bir jurnalist vəfat edib

11:24 15.06.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qocaman jurnalist, publisist Qalib Əhmədov dünyasını dəyişib.

Hafta.az xəbər verir ki, bu haqda mərhumun dostları bildiriblər.

Qalib Əhmədov 1949-cu il iyunun 1-də Azərbaycanda Qəbələ rayonunun Sileyli kəndində anadan olub. Orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Universitetində ali təhsil alıb.

Əmək fəaliyyətinə Qəbələ rayonunda müəllim kimi başlayıb, sonra Sumqayıtda 49 saylı orta texniki-peşə məktəbində işləyib.

Fəaliyyətini jurnalistikada davam etdirən Q.Əhmədov "Təşviqatçı", "Dialoq" jurnallarında şöbə müdiri (1980-1990), "Azərbaycan kommunisti" və "Dirçəliş" jurnallarında şöbə müdiri, "Ayna" qəzetində tərcüməçi (1990-1993), "Xalq qəzeti", "Yeni Azərbaycan" qəzetlərində ədəbi işçi, şöbə müdiri, redaktor müavini (1996-1998), "Respublika" (2004-2006), "Azərbaycan" (2006-2008) qəzetlərində müxbir, bölgə müxbiri vəzifələrində işləyibr. 1998-ci ildən "Dünyaya pəncərə" qəzetinin baş redaktoru idi.

Azərbaycan Jurnalistlər Birliyinin üzvü idi.

Allah rəhmət eləsin...