“Daha bir tarixi-mədəni irsimizin dünya miqyasında tanınması qürurvericidir” - Faiq Sücəddinov

16:19 08.07.2019 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

“Azərbaycan dünya tarixi üçün əvəzolunmaz məkandır. Biz belə bir ölkənin vətandaşı olduğumuz üçün qürur duymalıyıq. Çünki ölkəmizin hər qarışında tarixin səsləri duyulur. Bu mənada Azərbaycanın daha bir tarixi-mədəni irsinin dünya miqyasında tanınması qürurvericidir”. Bu fikirləri hafta.az-a açıqlamasında tanınmış bəstəkar, xalq artisti, Prezident təqaüdçüsü Faiq Sücəddinov bildirib.

Xalq artisti vurğulayıb ki, hazırda Azərbaycan dünyada zəngin milli - mədəni dəyərləri ilə yanaşı, həm də mədəniyyətlərarası ünsiyyət, anlaşma məkanı kimi tanınır: “Təbii ki, Şəkinin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi xalqımızın dünya mədəniyyətinə verdiyi xüsusi töhfənin beynəlxalq miqyasda növbəti təsdiqidir. Bu Azərbaycan vətəndaşı kimi məni də çox fərəhləndirir. Çünki Şəki mənim də çox istədiyim, sevə-sevə getdiyim tarixi şəhərlərimizdən biridir. Bu şəhərin daşı da, divarı da, ağacı da tarixdir. Bu unikal məkan həm də Azərbaycan xalqının qədim tarixə və mədəniyyətə malik olmasından xəbər verir. Əslində Azərbaycanda dunya səviyyəsində qorunmalı olan yerlərin sayı çoxdur. Məsələn, hazırda erməni işğalı altında olan Şuşada, Kəlbəcərdə və digər ərazilərdə dünyanın irs siyahısına daxil olacaq kifayət qədər abidələrimiz mövcuddur. Ümid edirik ki, işğaldan azad edildikdən sonra gələcəkdə həmin ərazilər də dünyanın irs siyahısına qəbul olunacaq