Baş nazir Qətərin Azərbaycandakı səfirliyində olub

11:06 15.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyulun 15-də Qətər Dövlətinin ölkəmizdəki səfirliyində olub.

Hafta.az xəbər verir ki, Nazirlər Kabinetinin mətbuat xidmətinin məlumatına görə, Ə.Əsədov Qətər Dövlətinin görkəmli dövlət xadimi, Ata Əmir Əlahəzrət Şeyx Həməd bin Xəlifə Al Taninin vəfatı ilə əlaqədar səfirlikdə açılan matəm kitabına ürək sözlərini yazıb, Qətərin Azərbaycandakı səfiri ilə söhbət edərək başsağlığı verib.